Şrift:
Nazirliklə BP arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19.12.2014 [14:54] - İqtisadiyyat
Dekabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə görüş olub.

Nazir Səlim Müslümov deyib ki, bu ilin 11 ayı ərzində ölkə iqtisadiyyatında artım 2,2 faiz təşkil edib və son illərin müsbət tendensiyasının uğurlu davamı olaraq qeyri-neft sektorunda 6,5 faiz artım özünü göstərib, əhalinin gəlirləri 4,7 faiz çoxalıb, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz üstələyib.

Səlim Müslümov ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə uyğun olaraq əmək və sosial müdafiə sistemində aparılan islahatlar barədə də məlumat verib. Nazir iyulun 1-dən istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin ölkədə məşğulluq imkanlarının artdığı şəraitdə əmək bazarına dövlət nəzarətinin təkmilləşdirilməsndə, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında önəmini vurğulayıb.

Görüşdə işçi qüvvəsinə tələb və təklif üzrə operativ məlumat mübadiləsinin təşkili, yerli mütəxəssislərin şirkətin layihələri üzrə işlərə cəlb olunması və onların peşəkarlığının artırılması, kvota üzrə iş yerlərinin müəyyən olunması, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və s. sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed