Şrift:
Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin ailəsində ağır itgi
25.12.2014 [13:41] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayevin qardaşı Qarabağ döyüşçüsü Gəncim İbadov bü gün başına qan sızması nəticəsində dünyasını dəyişib. Müharibənin şiddətli dönəmində Qərərgah rəisi olan Gəncim İbadov döyüşçülər arasında böyük nüfuza sahib idi.

Bununla bağlı MDHP sədri, millət vəkili Fərəc Quliyev, şəxsi və rəhbərlik etdiyi Partiya adından Şakir Ağayevə başsağlığı verib. Başsağlığında deyilir:
" Siyasətçi, döyüşçü və milli fəal Şakir Ağayevin milli ruhu ilk əvvəl onun ailəsindən gəlir. Ailənin bütün üzvləri kimi, onun qardaşı Gəncim İbadov da Azərbaycanın müstəqilliyi uğrunda Azadlıq Hərəkatına, ərazilərimizin bütövlüyü uğrunda döyüşlərə qoşulmuş bir Vətən övladı idi. Bu gün belə bir dəyərli insanın vaxtsız vəfatı bizi çox sarsıtdı. Gəncim İbadovun bu dünyadan köçməsi bir ailənin deyil, millətin itgisidir. Biz silahdaşları və ideyadaşları olaraq Gəncim İbadovun vaxtsız vəfatıyla bağlı onun ailə üzvlərinə, bütün döğmalarına və qardaşı partiyadaşımız, Azərbaycanın milli burjaziyasının ilk nümayəndələrindən olan, bütün sərvətini, enerjisini və həyatını Azərbaycanın azadlığı, ərazi bütövlüyü və Milli Dirçəlişinə həsr edən Şakir Ağayevə dərin hüzünlə başsağlığı verir, Vətən oğlunun ruhu şad olsun deyirik!
Dərin hüzünlə, MDHP sədri, millət vəkili Fərəc Quliyev"

Qeyd edək ki, Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbəri, partiya sədrinin müavini Şakir Ağayev, şəxsi vəsaiti hesabına "20 Yanvar" Soyqırımı qurbanlarının cənazələri üçün tabutlar hazırladan sahibkarlardandır ki, sonra Salyanın Çuxanlı kəndində hərbi hissə yaradıb, Qarabağ döyüşlərinin son gününə kimi iştirakçısı olub və erməni girovluğunda olan saysız insanı geri alıb.
Bu xəbər oxucular tərəfindən 1271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed