Şrift:
20 Yanvar günü elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
16.01.2015 [10:12] - Xəbərlər, Sosial
20 yanvar tarixində saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb: "Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada 20 yanvar 2015-ci ildə saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək".

N.Əzməmmədov qeyd edib ki, Tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir. Eyni zamanda, anım günündə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed