Şrift:
İranın müdafiə naziri rusiyalı həmkarına məktub yazıb
08.02.2015 [13:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyquya məktub yazaraq iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sənədinin icrasına təkid edib.
Məlumata görə, 2015-ci ildə Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik konfransına qatılmaq üçün rus həmkarının rəsmi dəvətini qəbul edən Hüseyn Dehqan, Rusiya müdafiə nazirinin İrana son səfərini iki ölkənin hərbi əməkdaşlıqla bağlı münasibətlərinin inkişafında mühüm addım kimi qiymətləndirib.

Hüseyn Dehqanın rusiyalı həmkarına yazdığı məktubunun təfərrüatı haqda hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed