Şrift:
Regionların genişzolaqlı internetlə təmin edilməsi layihəsinə başlanılıb
05.01.2012 [10:59] - Gündəm
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi bir sıra rayonların genişzolaqlı internet xidməti ilə təmin edilməsi layihəsinə start verib.

Nazirlikdən verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın 25 rayonunun 236 kəndi 1,4 min km optik kabel çəkilməklə 25 min internet portu ilə təmin ediləcək: «Artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə start verilib».

Qeyd edək ki, layihənin icrası ilə əlaqədar «Aztelekom»un elan etdiyi tenderin qalibi Çinin «Huawei» şirkətidir.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed