Şrift:
Almaniyada Hitlerin kitabı nəşr ediləcək
21.02.2015 [10:28] - Gündəm
Adolf Hitlerin "Mein Kampf" kitabı yenidən nəşr ediləcək. KİV-nin verdiyi məlumata əsasən, Mühhendəki Müasir Tarix İnstitutunun araşdırmaçıları bunu 2016-cı ildə həyata keçirməyi planlaşdırırlar.

Bu, II Dünya müharibəsindən sonra kitabın ilk nəşri olacaq. Kitab iki cilddən və 2 mindən çox səhifədən ibarət olacaq. İlk 780 səhifədə 1925-ci ildə yazılmış kitabın 27 başlığı dərc ediləcək. Qalan səhifələrdə isə araşdırmaçıların şərhləri yer alacaq.

Bununla da kitab nasizmi təbliğat etmək əvəzinə onu qınayacaq. Qeyd edək ki, Hitler kitabı həbsxanada olarkən yazıb.
Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed