Şrift:
Con Kerri -Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər”
22.02.2015 [11:59] - Gündəm, Siyasət
Vaşinqton və onun müttəfiqləri Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar Moskvaya qarşı əlavə sanksiyaların qəbul edilməsinin mümkünlüyünü müzakirə edirlər.

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə ötən gün ABŞ dövlət katibi Con Kerri britaniyalı həmkarı Filip Xemmondla görüşü zamanı bildirib.

“Biz əlavə sanksiyaları, əlavə səyləri müzakirə edirik. Mən əminəm ki, yaxın günlərdə hamıya aydın olacaq ki, biz Rusiya ilə oyun oynamaq və bu cəsarətsiz davranışın tərkib hissəsi olmaq niyyətində deyilik”, deyə Kerri qeyd edib.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed