26.02.2015 [11:20] - Gündəm, Siyasət
Fevralın 25-də İsrailin şimalında yerləşən qədim Akkoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş böyük matəm yığıncağı keçirilib.
"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası ("Azİz") hər il faciənin ildönümündə İsraildə görkəmli ictimai və siyasi xadimlərin iştirakı ilə silsilə tədbirlər təşkil edir. Artıq bir neçə dəfə xarici işlər naziri, Knessetin deputatı Aviqdor Liberman və Bakıdan xüsusi olaraq tədbirdə iştirak etmək üçün gəlmiş Milli Məclisin üzvü Fuad Muradov belə tədbirlərin fəxri qonaqları olublar.
Yığıncaqda həmçinin "Azİz" prezidenti, Knessetin deputatı Aleks Miller, Akko merinin birinci müavini Zeev Noyman və Kiryat Yam merinin müavini Adam Amilov, Maalota Şəhər Şurasının deputatı Arkadi Pomeranets, Or-Akiv şəhərinin deputatı Yosi Peysarov, Neşeradan Georgi Qerşkoviç, Kiryat Yamdan Marqorita Kazakova və "Azİz"in Azərbaycandakı nümayəndəsi Vahid Bayramov iştirak ediblər.
A.Liberman öz çıxışında "Azİz"in hazırkı prezidenti Aleks Millerə və birinci prezident İosif Şaqala Azərbaycan və İsrail arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün gördükləri böyük işlərinə görə təşəkkür edib. Sonda isə o, bildirib: "Bəşəriyyət tarixində bir çox faciələr olub. Onları unutmaq olmaz. Lakin təəssüf ki, heç də hamı onları xatırlamır və ibrət dərsləri götürmür. Bu gün biz bura toplaşmışıq deyək ki, İsrail və Azərbaycanın təcrübələrini birləşdirmək və gələcəkdə belə faicələrin qarşısını almaq lazımdır".

Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |