26.02.2015 [11:22] - Gündəm, Siyasət
"Kəlbəcərdə girov götürülən azərbaycanlıların azad edilməsi ilə bağlı ciddi işlər görülür. Cənab Prezidentin xüsusi tapşırığı ilə dövlət orqanları da, parlament səviyyəsində də Avropa təşkilatlarında, xarici səfərlərdə biz bu məsələni qaldırırıq". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, Kəlbəcər Azərbaycanın əzəli torpağıdır və əgər iki nəfər öz doğmalarının qəbrini ziyarət etməyə gedibsə, bunda cinayət ola bilməz.
Birinci vitse-spikerin sözlərinə görə, bu insanlar üzərində şou "məhkəmə2nin qurulması doğrudan da biabırçılıqdır: "Mən güman etmirəm ki, ermənilər o girovları çox saxlaya biləcəklər. Bilirsiniz, bu yaxınlarda ABŞ dövlət katibinin müavini Bakıda, Yerevanda da bəyanat verdi, dünən ABŞ-da bəyanat verdi ki, onlar maraqlıdırlar ki, azərbaycanlı girovlar qaytarılsın. Amma biz istərdik ki, bu sözlər bəyanat kimi deyilməsin. Bu bəyanatın arxasında bir iş olsun. Yəni Ermənistana təzyiq göstərin ki, bu şou məhkəmələr olmasın".
Z.Əsgərov deyib ki, girovlardan biri də Rusiya vətəndaşıdır: "Mən təəssüf edirəm ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına sahib çıxmayıb. Hərcənd, bir ay bundan əvvəl Rusiyanın xarici işlər naziri Lavrov bəyanat verdi ki, biz bu barədə iş görəcəyik. Amma bir ay keçib, hələ bir nəticə yoxdur. Hər halda biz ümid edək ki, Rusiyanın dövlət orqanları öz Konstitusiyalarına və vətəndaş hüquqları haqqında qanunlara hörmət edərək vətəndaşına sahib çıxacaq".

Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |