Şrift:
Rəsul Quliyev Nemtsovun qətlində Putini günahkar hesab etdi...
01.03.2015 [12:56] - Gündəm, Siyasət
"Putin indiyə qədər ona radikal müxalifətdə olan 3-cü adamı öldürdü. Politkovskaya, Litvinenko (İngiltərədə),indi də Nemtsov..."

Eks-spiker Moderator.az-a açıqlamasında Boris Nemtsovun qətlində Putinin əli olduğunu iddia edib:

"Bu gün Moskvanın mərkəzində Putinə ən radikal müxalifət lideri Boris Nemtsov amansızlıqla qətlə yetrilib.Bu KGB-nin 1920-ci illərdən başlamış 1930-53-cü ilə qədər xüsusi amansızlıqla formalaşmış dəsti xəttidir. Bu illər ərzində həm daxildə, həm də xaricdə, xüsusilə liderə radikal müxalifətdə olanların qətl edilməsi prosesi davam edir. Putin bir daha sübut etdi ki, keçmiş KGB işçisi olmur. Putin indiyə qədər ona radikal müxalifətdə olan 3-cü adamı öldürdü. Politkovskaya, Litvinenko (İngiltərədə), indi də Nemtsov. 1 martda Moskvada mitinq olmalıdır. Mitinqə 100 mindən çox insan çıxmalı idi. Sözsüz ki, o mitinqdə Putin siyasətinə qarşı ən radikal çıxışı prezident Poroşenko və prezident Saakaşvilinin dostu Nemtsov edəcəkdi. Putin bu cinayəti törədənlərlə şəxsən özü məşğul olacağını artıq bəyan edib. Politkovski öldürüləndə də belə bir bəyənatla çıxış etmişdi.10 il keçib, cinayət açılmayıb. İndi də ondakı kimi kimlərisə həbs edəcəklər (çox ehtimal Ramzan Qədirovun qoçularından) və guya istintaq davam edəcək. Nəticədə cinayət açılmamış qalacaq.
Bu hadisədən istifadə edib hökümət ya mitinqi keçirməyi ləğv edəcək, ya da camaatı qorxudan şaiyələr yayıb mitinqə gedənlərin sayını azaltmağa çalışacaqlar. Mən müxalifətin yerinə olsam Nemtsovla vidalaşmanı mitinq keçirilən yerdə təşkil edərdim( ən azı buna cəhd edərdim). Müxalifət Putini yaxın vaxtlarda ciddi təşvişə sala bilməsə fiziki represiyalar davam etdiriləcək."
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed