Şrift:
Xalqla dövlət arasında uçurum yaradan məmurlar...
10.03.2015 [15:21] - Gündəm, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyasının ideoloji işlər üzrə sədr müavini, Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoy öz facebook səhifəsində bəzi məmurların fəaliyyətini tənqid edərək, onları xalqla dövlət arasında uçrum yaratmaqda qınayan, sərt bir müəllif yazısı ilə çıxış edib. Həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq.



Əslində indi artıq ölkəmizdə hər kəs başa düşür ki, xalqla dövlət arasında uçurum yaratmaqda maraqlı olan gücün məqsədi nədi. Lakin, biz buna yenə də hər yerdə rast gəlirik.

Bir necə gün əvvəl televiziyadan qürurverici bir xəbər aldım ki, bəs Azərbaycanda Tarixi Hərbi Muzey yaradılıb və açılış mərasimi keçirilib. Xəbərsiz olduğum üçün, açılışda iştirak etməməyimə təəssüflənsəm də, sonda ünvanı elan etməyi gözləyirdim ki, sabah günün birinci yarısına olan bütün işlərimi təxirə salıb, səhərdən bu muzeyə yollanam. Lakin, nəinki ünvan elan olunmadı, əksinə xəbərin son cümləsi girişin xalq üçün qadağan olunması anlamına gələn “muzeyə giriş rəsmi müraciət əsasında həyata keçirilir” cümləsilə bitdi. Muzeylərlə bağlı bu cümlə artıq xalqa tanışdı. 8 il əvvəl Bakıda Bayraq Muzeyi və Bayraq Meydanı yaradıldı. 5 il əvvəl isə həmin dönəmdə dünyanın ən hündür bayraq dirəyinin də yer aldığı həmin meydanla muzeyin təntənəli aşılışı oldu. Lakin, bu “muzeyə giriş rəsmi müraciət əsasında həyata keçirilir” cümləsi altında o muzey də, o meydan da xalqın üzünə bağlıdır. Çümlənin hərfi mənası sizi aldatmasın. Elə bilirsiniz, rəsmi müraciət deyəndə, ərizə və şəxsiyyət vəsiqəsi ilə müraciət nəzərdə tutulur? –Xeyir, bu cümlənin mənasını müraciət etmiş vətəndaşlara müzeydən verilən cavabla daha doğru başa düşə bilərsiniz: “Fərdi müraciətə baxılmır, kollektiv müraciət etmək lazımdı. Əyər rəhbərlik məqbul hesab edərsə, muzeyə girişə icazə veriləcək.” Xalqın qürur ünvanına çevirmək üçün prezidentin xüsusi marağı və şəxsi təşəbbüsü ilə salınmış bu memorial abidə kompleksi kimlərsə tərəfindən xalqın üzünə qapadılıb. Könlundə məhdudsuz bayraq sevgisi olan xalq bu möhtəşəm bayraq abidəsinə yaxın düşə bilmir. Bayraq meydanı abidə-istirahət parkı kimi salınsa da, geniş bir əhatədən hasarlanıb və vətəndaşlardan “mühafizə” olunur. Maraqlananlar eləcə də Dövlət Bayrağı Muzeyində sərgilənən tarixi bayraq, gerb və pul əskinaslarını görməkdən məhrum edilib. Heç şübhəsiz ki, prezident bu kompleksin yaranması təşəbbüsünü xalqın maariflənməsi və milli ruhunun yüksəlməsi məqsədilə irəli sürmüşdür. Lakin, görünən odur ki, səlahiyyətli məmurlar qarşıya qoyulmuş məqsədə xidmət etmir.

Bununla bağlı iki il əvvəl üzvü olduğum Milli Dirçəliş Hərəkatı Partiyası etiraz bəyanatı ilə çıxış da etmişdir ki, “Bizim millət sözün əsl mənasında Bayrağına, eləcə də keçmişinə səcdə edən millətdir. Bizim muzeyləri və bizim BAYRAĞI bizdən qorumağa gərək yoxdur!”. Lakin, nəinki problem aradan qalxmayıb, hələ üstəlik növbəti yaradılan muzeydə də sərgilənən tarix xalqdan qorunur. Hansı ki, hərbi muzeylər dünyanın demək olar ki, əksər milli ölkələrində mövculdur və onlara giriş ödənişsizdir. Hətta, dünyada muzey qiymətlərinin bahalığına görə öndə duran turizm şəhəri İstanbulda belə, Hərbi Muzeyə giriş ödənişsizdir. Dövlət Hərbi Muzeyin xərclərini qarşılamaqla əslində çox böyük qazanc əldə etmiş olur... Qeyd etmək istəyirəm ki, bu muzeydə hədsiz qürurlanmamaq və çox kövrəlməmək mümkün deyil... Muzeyin parkında tarixdə dövlət qurmuş böyük Türk sərkərdələrinin büstlərinin ucaldılması, həyətinə girişdə İstanbulun fəthi məqsədilə Fateh Sutan Mehmetin hazırlatdığı o əfsanəvi nəhəng toplardan biri, mərkəzdə isə Çanakkale döyüşündə təkbaşına 276 kq ağırlığında olan top mərmisini çıxarıb topa qoyaraq, açdığı atəşlə fransız gəmisini batıran Kahraman Nefer Seyidin həmin topla birlikdə, bu mənzərəni əks etdirən abidəsinin sərgilənməsi, müzey binasının girişində tarixi və mövcud türk dövlətlərinin bayraqları və minlərlə buna bənzər qürurverici hadisələrlə yanaşı, olduqca həssas və kədərli hadisələr də öz əksini tapıb. Çanakkale döyüşlərində Alayı ilə birlikdə Şəhid olan, dünya hərb tarixində iz buraxmış 57-ci Alay komandiri Yarbay Hüseyn Avni bəyin şəhid olan zaman əynində olan qanlı munderinin sərgilənməsi, Sarıkamış döyüşlərində bir-birini öldürmüş bir rus əsgəri ilə, bir türk əsgərinin üzərindən çıxanların yanaşı sərgilənməsinə baxdıqda, rus əsgərinin üzərindən çıxan müasir silahlar, partlayıcılar və konserv yeməklərlə, türk əsgərinin üzərindən çıxan sapı qırılmış bir süngü ilə, bir parça yavan çörəyi görəndə qəhərlənməmək və həmin dönəmin şərtlərini anlamamaq mümkün deyil... Və yüzlərlə buna bənzər nümunələr...

Amma mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycanın Hərbi Muzeyi barədə buna bənzər nümunələr sadalaya bilmirəm. Səbəb mənim bu muzeyin içindən xəbərsiz olmağımdı. Çünki, hansısa məmurun sayəsində, xalqa hərb tariximizə GİRİŞ QADAĞANDIR!
Xalqla dövlət arasında uçurum yaradan məmurlar...

Xalqla dövlət arasında uçurum yaradan məmurlar...

Xalqla dövlət arasında uçurum yaradan məmurlar...

Xalqla dövlət arasında uçurum yaradan məmurlar...

Xalqla dövlət arasında uçurum yaradan məmurlar...

Xalqla dövlət arasında uçurum yaradan məmurlar...

Xalqla dövlət arasında uçurum yaradan məmurlar...
Bu xəbər oxucular tərəfindən 2055 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed