Şrift:
Nurgun Motors-un əmlakı siyahıya alındı
14.04.2015 [10:13] - Xəbərlər, Hüquq
Vergilər Nazirliyi "Nurgun Motors" şirkətinin bir sıra avtomobil salonlarında əmlakın siyahıya alınmasını aparıb.

Nazirlikdən verilən məlumata görə, bu, şirkətin vergi borcunun yaranması ilə əlaqədardır. Şirkət qısa müddətdə borcu ödəməyi planlaşdırır.

Vergilər Nazirliyindən bildiriblər ki, bu, həbs qoyulması və ya şirkətin fəaliyyətinin dayandırılması anlamına gəlmir. Bununla belə, nazirlikdən vergi borcunun məbləğini açıqlamaqdan imtina ediblər.

Şirkətdən isə "İnfiniti", "Renault", "Nissan" və "Ford" avtomobil salonlarının bağlanması səbəblərini açıqlamaqdan imtina edərək vurğulayıblar ki, bu, aparılan tədbirlərlə əlaqədardır.
Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed