Şrift:
Anti-Azərbaycan kampaniyasının arxasında Qərbdəki islamofob və ermənipərəst dairələr durur
02.05.2015 [10:48] - Xəbərlər, Siyasət
Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva Anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması mövzusuna münasibətində açıqlayıb.
O, bildirib ki, Kerrinin bu planının üstünün açılması və ortaya çıxarılan dəlil, sənədlər onu deməyə əsas verir ki, «qara piar» və təzyiq kampaniyasının episentrində məhz ermənipərəst ABŞ dövlət katibinin xidmətləri və direktivləri dayanır: “Onun ermənipərəst mövqedə olması bu günün söhbəti deyil, Kerri öz ermənipərəst mövqeyini daha öncə dəfələrlə aşkar şəkildə nümayiş etdirib. Onun Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibətinin kökü hələ 90-cı illərə gedib çıxır. Dağlıq Qarabağ münaqişəsi məsələsində də dövlət katibi daim ermənilərin mövqeyini dəstəkləyib, öz siyasi fəaliyyəti ilə onların işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət edib”.
Partiya sədri qeyd edib ki, Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində ölkəmizə qarşı bu cür kampaniyanın aparılacağı gözlənilən idi: “Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müstəqil xarici siyasəti, bu gün də bu siyasət çox uğurla davam etdirilməsi, Azərbaycanın inkişafı, güclənməsi bəzi dövlətlər tərəfindən həzm olunmadığından Kerri kimi rəsmilər Azərbaycanda qarşıdurma yaratmaqda maraqlı olurlar. Amma Azərbaycanı bü gün vətəndaş müharibəsi gedən Yaxın və Orta Şərq dövlətlərinə çevirmək qeyi-mümkündür. Con Kerri kimi ermənipərəstlərin bu kimi planları heç vaxt həyata keçə bilməz. Çünki Azərbaycanda hakimiyyətlə xalq arasında möhkəm birlik, həmrəylik mövcuddur. Bu vəhdət Azərbaycana qarşı yönələn bütün qüvvələrin planlarını iflasa uğradıb və bundan sonra da uğradacaq.
F.Əliyeva onu da əlavə edib ki, Kerrinin bu təxribat planını bütünlüklə ABŞ dövlətinin adı ilə bağlamaq da düzgün olmaz: “ABŞ-ın öz dövlət maraqları var, Vaşinqton heç vaxt rəsmi Bakı ilə münasibətlərini pozmaqda maraqlı deyil. Rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüynü və rəsmi Bakının iri iqtisadi layihələrini dəstəkləyir. Azərbaycan ABŞ üçün strateji ölkə əhəmiyyəti kəsb edir. Kerri kimi rəsmilərin çirkin planları dövlətlərarası münasibətlərin pisləşməsinə stimul ola bilməz. Kerrinin bu planını rəsmi Vaşinqtonun planı kimi dəyərləndirmək düzgün olmazdı”.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed