Şrift:
Norveç Olimpiya Komitəsi: Avropa Oyunları qitə üçün yaxşı ənənəyə çevriləcək
09.05.2015 [09:16] - Gündəm, Siyasət
Norveç Bakıda I Avropa Oyunlarının başlamasını səbirsizliklə gözləyir və əmindir ki, yarışlar yaxşı təşkil ediləcək. Bunu Norveç Olimpiya Komitəsindən deyiblər.

Komitədən bildiriblər ki, Norveç yığması əsas yarışlarda 3 medal və Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak üçün iki nəfərlik kvota qazanmaq niyyətindədir.

Komitədən qeyd ediblər: "Yuniorlarımız I Avropa Oyunlarından sonra dəyərli təcrübə əldə edəcəklər. Panamerika, Afrika Oyunları kimi formatlar mövcuddur və ümid edirik ki, Avropa Oyunları qitə üçün yaxşı ənənəyə çevriləcək".
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed