Şrift:
Taliban nümayəndə heyəti İrana səfər edib
20.05.2015 [11:39] - Güney Azərbaycan xəbərləri, Siyasət
Xəbəri Sepaha yaxın sayt yayıb


İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) yaxın “Tasnim” saytı mayın 19-da Əfqanıstandakı Taliban qruplaşmasının nümayəndə heyətinin Tehrana səfəri barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Talibanın Qətərdəki ofisinin siyasi bürosunun məsulu Tayyib Ağanın başçılığı ilə mayın 18-də Tehrana səfər edən nümayəndə heyəti İranın bir sıra təhlükəsizlik rəsmiləri ilə görüşüb. Görüşdə bölgədə cərəyan edən bəzi olaylar, islam dünyasına aid bir sıra məsələlər və İrandakı Əfqanıstan qaçqınlarının vəziyyəti barədə müzakirələr və fikir mübadiləsi aparılıb. Taliban nümayəndələrinin İranın təhlükəsizlik rəsmiləri ilə görüşündə bölgənin konkret hansı məsələləri barədə danışıqlar aparıldığı barədə məlumat yayılmayıb.

İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt isə mayın 19-da jurnalistlərə açıqlamasında Taliban nümayəndə heyətinin Tehrana səfərinin səbəbi ilə bağlı sualı cavablandırmaqdan imtina edib: “Mənim bundan xəbərim yoxdur. Bu məsələ ağla batan bir iş deyil. Hər halda mən bu məsələni təsdiqləyə bilmirəm”.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed