Şrift:
Hindistanda anomal isti hava ilə əlaqədar ölənlərin sayı 800-ə çatıb
26.05.2015 [10:29] - Gündəm, Hadisə
Hindistanın cənubi "Andxra-Pradeş" və "Telenqana" ştatlarında isti havanın qurbanlarının sayı 800 nəfərə çatıb. Bu barədə TASS agentliyi xəbər verir.

Verilən məlumata görə, ölənlərin əksəriyyəti evsiz insanlardır. Meteoroloqların sözlərinə görə, havanın temperaturu yaxın günlərdə düşməyəcək.

Yerli hakimiyyət insanlara yaxın günlərdə küçəyə çıxmamağı məsləhət görür və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır, bundan başqa mobil məntəqələrin açılması elan edilib. Bu məntəqələrdə arzu edənlər içməli su və süd ilə təmin olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed