Şrift:
MDHP Qarabağ Departamenti geniş toplantısını keçirib
27.05.2015 [10:27] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Fərəc Quliyevin təklifi ilə Qarabağ Departamentinin xatırlanmayan və diqqətdən kənar qalmış Qarabağ döyüşçülərinin xatirəsinə həsr edilmiş bir kitabın nəşri qərara alındı


Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamenti geniş toplantısını keçirib. Toplantıya partiya sədri, millət vəkili Fərəc Quliyev də qatılb. MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayevin Departamentin fəaliyyəti ilə bağlı verdiyi hesabatdan sonra, görüləcək işlərlə bağlı təkliflər verildi. Təkliflər əsasında aparılan müzakirələrdən sonra Departamentin yaxın gələcək üçün görüləcək işlərin bir hissəsinin proqramı tərtib edildi. Fərəc Quliyevin təklifi ilə Qarabağ Departamentinin görəcəyi işlər arasına xatırlanmayan və diqqətdən kənar qalmış Qarabağ döyüşçülərinin xatirəsinə həsr edilmiş bir kitabın nəşri qərara alındı.
Daha sonra Qarabağ müharibəsinin hazırkı mərhələsi və hökumətin apardığı danışıqlar müzakirə olundu. Departament üzvləri partiya sədrinin qarabağ müharibəsiylə bağlı sərgilədiyi sərt mövqenin və MDHP-nin cəmiyyətdə Savaş Partiyası kimi tanınmasının döyüşçülərin ürəyincə olduğunu və bunu dəstəklədiklərini bildirdilər. Toplantıda Fərəc Quliyevin “söz savaşında sözlə, silah savaşında silahla savaşaq” prinsipinə uyğun olaraq hazırda gedən informasiya savaşına töhvələr və xidmətlər vermək üçün görülə biləcək işlər nəzərdən keçirildi və müzakirə olundu.
Tədbirin sonunda, payızda keçiriləcək Parlament seçkilərinə Qarabağ Departamentinin hazırlıqları müzakirə edildi.

MDHP Qarabağ Departamenti geniş toplantısını keçirib


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed