Şrift:
Novruz Məmmədov: Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub
02.06.2015 [12:09] - Xəbərlər, Siyasət
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki mikrobloqunda yazıb.

N.Məmmədov qeyd edib ki, son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar: “Beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur. Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır. Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ-a viza verilməsi qadağandır. Amma separatçı B.Saakyana hər yerə asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Beləliklə, Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed