Şrift:
Azərbaycan iqtidarı onların cavabını tutarlı şəkildə verib
04.06.2015 [14:15] - Gündəm, Siyasət
Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva Müsavat Partiyasının Birinci Avropa Oyunları ilə bağlı qəbul etdiyi bəyanatına münasibətində deyib.
Xatırladaq ki, Müsavat Partiyası Azərbaycanda insan haqlarının pozulmasını əsas gətirərək Birinci Avropa Oyunlarının beynəlxalq birlik tərəfindən boykot olunmasına və Avropa ölkərinin hökumət və dövlət rəhbərlərini Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməməyə çağırıb.
Partiya sədri qeyd edib ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Müsavat Partiyası kimi daxili radikal qüvvələrin də narahatlığına səbəb olub: “Elə bundan irəli gəlir ki, radikal qüvvələr rəsmi Bakının ünvanına ittihamlar yağdırmaqla belə bir mötəbər və Azərbaycanın adına uğur gətirən tədbiri əngəlləməyə cəhd göstərirlər. Amma həm kənar, həm də daxili radikalların belə məkrli çağırışlarının heç bir əhəmiyyəti olmur. Yaxşı olardı ki, Müsavat daxilindəki qarşıdurmaların, istefalarının qabağını alsın. Bəyanat vermək asandır. Amma gərək bunu əsaslandırasan. Azərbaycanda insan haqları, söz azadlığı yüksək səviyyədə qorunur. Qorunmasaydı, Müsavat belə bəyanatlar verməzdi. Siyasi məhbus məsələsinə gəldikdə isə, hələ bu anlayışı Avropanın özü müəyyənləşdirə bilməyibsə, Müsavat necə müəyyənləşdirib. Müsavatın bu məsələ ilə bağlı sözü var idisə iqtidar-müxalifət dialoqunda sonuncu dəfə müzakirə olunan ”I Avropa Yay Oyunlarına münasibət” mövzusuna qatılardı. Bu müzakirələrdən imtina edirsə, deməli antiAzərbaycan mövqeyli qüvvələr sırasındadır”.
F.Əliyeva onu da əlavə edib ki, iqtidarın əldə etdiyi uğurlar radikal müxalifəti qıcıqlandırdığından, onlar dövlət maraqlarımıza xidmət edən tədbir olsa da belə, ona qarşı çıxırlar. Bununla da, dövlətçilikdən, milli maraqlardan uzaq olduqlarını ortaya qoymuş olurlar: “Avropanın 49 olimpiya komitəsi tədbirin keçirilməsinə razılıq verib. Artıq bəzi dövlət rəhbərləri və nümayəndə heyətlərinin Bakıya gələcəyi təsdiqlənib, hətta prosesə start da verilib. Yəni, bunları deməklə bildirmək istəyirəm ki, oyunları boykot məsələsi alınmayacaq. Müsavat kimi Azərbaycanı istəməyən bəzi qüvvələr var, onlardan birincisi də erməni lobbisi və onların havasına oynayanlardır. Azərbaycanın imicinin artması onları bərk narahat edib”.
F.Əliyeva qeyd edib ki, radikal qüvvələr Olimpiya Xartiyasına qarşı çıxaraq bu oyunları siyasiləşdirmək istəyir. Təbii ki, hökumət, Azərbaycan iqtidarı onların cavabını tutarlı şəkildə verib.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed