Şrift:
Azərbaycan neftinin BTC ilə nəqli azalıb
06.06.2015 [10:24] - Gündəm, İqtisadiyyat
2015-ci ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 386 815 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın saytı məlumat verir ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 11 946 559 ton (ötən ilin analoji dövründə 12,2 milyon ton) neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyunun 1-dək BTC-yə 275 771 491 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin may ayında BTC kəməri ilə 482 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed