Şrift:
Robert Sekuta: Azərbaycan Avropa Oyunlarının açılış mərasimini möhtəşəm təşkil etdi
14.06.2015 [19:09] - Gündəm, Siyasət
Azərbaycan I Avropa Oyunlarının açılış mərasimini möhtəşəm təşkil etdi. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib: "Mən açılış mərasiminin təşkilatçılarını təbrik etmək istəyirəm. Mərasim təkcə Azərbaycanın tarix və mədəniyyətini göstərmədi, həm də Azərbaycan xalqının gələcəyini Avropanın hissəsi kimi görmək hissini yayımladı".

R.Sekuta qeyd edib ki, Avropa Oyunları kimi beynəlxalq idman tədbirləri müxtəlif ölkələrin nümayəndələrini və mədəniyyətlərini bir araya gətirmək üçün səbəbdir: "Bu Oyunlar münaqişələrin olduğu və hazırda olan Avropa ölkələrini birləşdirir və buna görə də onlar bizim ümumi məqsədimizə - azad və sülhsevər Avropa - çatmağa xidmət edir".
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed