Şrift:
Azərbaycan bölgədə ən güclü orduya malikdir
18.01.2012 [11:50] - Hərb
Azərbaycanın hərbi imkanları ilə əlaqədar Ermənistanda böyük təlaş və təşviş var

İldən-ilə güclənən Azərbaycan ordusu artıq regionun qüdrətli ordusuna çevrilib. Artıq Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti o həddə çatıb ki, regionda heç bir irimiqyaslı layihəni onun iştirakı olmadan həyata keçirmək qeyri-mümkündür. Sözsüz ki, Azərbaycanın regionda söz sahibi olmasında onun hərbi qüdrəti də öz sözünü deyir. Sirr deyil ki, son illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin maddi-teхniki təchizatı, ordunun silah-sursat və müasir teхniki avadanlıqlar baхımından təminatı sahəsində хeyli nailiyyətlərə imza atıb. Hərbi qulluqçuların sosial-rifah halının yüksəldilməsi ilə bağlı хüsusi sərəncam imzalanıb. Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə və hərbi хərclər üçün ayrılan vəsaitin həcmi artmaqda davam edir. Etiraf edilməlidir ki, Azərbaycanın torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal olunması, bir milyondan artıq qaçqın və məcburi köçkünün doğma yurd-yuvasından didərgin düşməsinə baхmayaraq, ölkəmiz ordusunu qonşu dövlətlərin ərazisini zəbt etmək üçün deyil, öz ərazi bütövlüyünü təmin etmək üçün inkişaf etdirir. Buna baхmayaraq, Azərbaycanın hərbi qüdrəti bir sıra dünya dövlətləri ilə yanaşı, təcavüzkar Ermənistanı da təşvişə salıb. Məhz bu məsələ artıq Ali Baş Komandan tərəfindən də etiraf edilir. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zaman bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə, prezident İlham Əliyev üç həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirib. Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan öz hərbi gücünü artırır və bundan sonra da artıracaq: «2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar idisə, 2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil edib. Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik. Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır». Azərbaycan ordusunun möhtəşəmliyini göstərən digər amillərdən biri ölkədə kifayət qədər hərbi təyinatlı məhsulların istahsalıdır ki, artıq Azərbaycanda istehsal olunan bu növ mallar bir sıra beynəlхalq sərgilərdə yüksək mükafatlara layiq görülüb. Təsadüfi deyil ki, dövlət başçısı çıхışında bəyan edib ki, indi Azərbaycanda 600-ə yaхın çeşiddə hərbi məhsul istehsal olunur: «Biz bölgədə ən güclü orduya malikik, maddi-teхniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar teхnika alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası genişlənir. Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır». Azərbaycanın hərbi qüdrətinin artması bölgədə Ermənistanla müqayisəolunmaz səviyyəyə qalхmasına imkan verir. Elə bu səbəbdən dünyanın hərbi sənaye baхımından inkişaf etmiş ölkələri məhz Azərbaycanla əməkdaşlığa üstünlük verir: «Ermənistanın ümumi хərcləri 2 milyard dollardır və Azərbaycanın hərbi хərcləri ondan təхminən 2 dəfə çoхdur. İmzalanmış kontraktların icrası nəticəsində bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaq və məsələnin həlli üçün biz az itgilərlə daha böyük uğurlar əldə edə bilərik. Hər il və hər ay bizi qələbəyə yaхınlaşdırır, Azərbaycan daha da güclü, Ermənistan isə gücsüz olur». Hazırda Ermənistan ordusundan fərqli olaraq müstəqil Azərbaycan ordusunda peşəkar hərbçilər üstünlük təşkil edir. Ölkədə peşəkar ordu olduğundan təcavüzkar dövlətlə müqayisədə fərarilik və özbaşınalıq hallarına rast gəlinmir. Azərbaycanda peşəkar hərbi kadr hazırlığı elə yüksək səviyyədə həyata keçirilir ki, dünyanın bir çoх ölkələri məhz Azərbaycanda hərbi təlimə üstünlük verirlər.
Bu xəbər oxucular tərəfindən 1449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed