Şrift:
Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
21.01.2012 [16:02] - Diaspor
İsrailin əslən Azərbaycandan olan bir neçə minlik icmanın yaşadığı Akko şəhərində “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Assosiasiyanın vitse-prezidenti, Akko şəhər bələdiyyəsinin üzvü Nexemiya Şirin Mixaeli tədbiri açaraq, o faciəli günlərdə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində müxtəlif millətlərdən olan yüzlərlə günahsız gəncin, o cümlədən Azərbaycan, yəhudi, rus, ləzgi və digər xalqların nümayəndələrinin qətlə yetirilməsi və yaralanması barədə söhbət açıb. “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası nəzdində yaradılan Azərbaycan Mədəniyyəti Mərkəzi 20 Yanvar hadisələrindən bəhs edən kitabları, kitabça və fotoşəkilləri təqdim edib. Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
Mərkəzin direktoru Yeganə Salman qeyd edib ki, 1990-cı il yanvar hadisələri Rusiyadakı havadarlarının köməyinə arxalanan erməni millətçilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən çoxillik terror zəncirinin bir halqası idi. O daha sonra qeyd edib ki, sovet qoşunlarının hücumu Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini dayandıra bilməyib. Y. Salman xatırladıb ki, bu hadisələrdən sonra Azərbaycanda başlanmış hərc-mərclikdən istifadə edən erməni işğalçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı rayonları, ümumilikdə Azərbaycan ərazisinin 20 faizini tutublar. Daha sonra Y.Salman bildirib ki, Azərbaycan üçün ən ağır anda xalqın təkidli xahişi ilə güclü, müdrik və təcrübəli siyasi xadim Heydər Əliyev hakimiyyətə gəlib, ölkədə asayişi bərpa edib, siyasi sabitlik yaradıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan regionda iqtisadi və siyasi cəhətdən ən mühüm ölkələrdən birinə çevrilib. Tədbirdə “Azİz” Beynəlxalq Assosiasiyasının mətbuat katibi Arye Qut, Mədəniyyət üzrə komitənin sədr müavini Şaul Siman-Tov, Maalota şəhərinin vitse-meri Arkadiy Pomeranets, ictimai təşkilatın sədri Elxanan Radzel və digərləri çıxış ediblər.
Sovet qoşunlarının güllələrinin qurbanı olmuş Bakı sakinlərinin xatirəsini anma tədbirində əslən Azərbaycandan olan, hazırda İsrailin müxtəlif guşələrində yaşayan soydaşlarımız iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 1383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed