Şrift:
Azərbaycanda yeni külək elektrik stansiyasının tam gücüylə işə salınmasının tarixi müəyyənləşib
13.07.2015 [00:24] - Xəbərlər, İqtisadiyyat
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) "Yeni Yaşma" külək elektrik stansiyasını bu il avqustun əvvəlində tam gücü ilə işə salınmasını planlaşdırır. Bunu ABEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə əsasən, hazırda elektrik stansiyasının 20 turbinindən 14-ü test sınaqlarından keçib və ümumi enerji sisteminə qoşulub: "Turbinlərin sınaqdan keçirilməsi prosesi və bizə təhvil verilməsi ilə almaniyalı mütəxəssislər məşğul olur. Ayın sonuna bütün 20 turbin istifadəyə hazır olacaq və sistemə qoşulacaq. Bununla da avqustun əvvəlində stansiya tam gücü ilə işləməyə hazır olacaq".

Qeyd edək ki, istehsal gücü 50 meqavat olan "Yeni Yaşma" külək elektrik stansiyası Xızı rayonunda yerləşir.
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed