Şrift:
Ermənilərin işğal olunmuş ərazilərimizdə yanğın törətməsinə rəsmi münasibət gəldi
29.07.2015 [16:43] - Gündəm, Bildiriş
Son vaxtlar ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar törətsə də, yanğınların heç birinin azərbaycanlıların hazırda yaşadığı ərazilərə keçməsinə imkan verilməyib və bunun qarşısı vaxtında alınıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Onun sözlərinə görə, Tərtər rayonu ərazisində ermənilər tərəfindən yanğınların törədilməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.

Nazirlik rəsmisi qeyd edib ki, son bir həftə ərzində Tərtər rayonu ərazisində heç bir yanğın hadisəsi baş verməyib: “Yalnız rayonun Qapanlı kəndinə yaxın sahədə - ermənilər tərəfindən işğal olunmuş ərazidə yanğın olub. Onun da qarşısı alınıb. Yanğın biz tərəfə, yəni azərbaycanlıların hazırda yaşadığı ərazilərə keçməyib”.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed