Şrift:
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atdı
06.05.2024 [13:30] - Gündəm, İdman
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olublar.

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed