Şrift:
Millimizin oyunlarının vaxtı açıqlanıb
06.05.2024 [13:25] - Gündəm, İdman
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin seçmə oyunlarının təqvimi müəyyənləşib.

Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamız Avropa çempionatının 2024/25 mövsümünün seçmə mərhələsində 7-ci qrupda mübarizə aparacaq. U-19 noyabrın 13-də İrlandiya, 16-da İslandiya, 19-da isə Moldova ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrupun matçları Moldovada keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed