Şrift:
Üç günün HAVA MƏLUMATI
24.01.2012 [15:24] - Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, az qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 1-3 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.

Yanvarın 25-də gün ərzində bəzi yerlərdə az yağıntı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-5 dərəcə isti olacaq.

Yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Yanvarın 26-da bölgələrdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 1-6 dərəcə şaxta olacaq.
Bu xəbər oxucular tərəfindən 1509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed