Şrift:
Dövlətin rəsmi xəbər agentliyində kürd dili bölümü yaradılacaq
05.08.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani Kürdistan səfərində verilən vədlərin yerinə yetirilməsindən söz açıb.
Ruhani səfərin sonunda tezliklə dövlətin rəsmi xəbər agentliyində (İRNA) kürd dili bölümünün yaradılacağını bildirib. Prezident bildirib ki, bu verilən vədlərin yerinə gətirilməsi uğrunda bir addımdır.

İslam Cümhuriyyəti xəbər agentliyi iyunun 27-də ölkə prezidentinə istinadən yaxın zamanda bu agentliyin kürd dili bölümünün yaradılacağı xəbərini yaymışdır.

Bildirək ki, Həsən Ruhani prezident seçkiləri zamanı təbliğat-təşviqat dönəmində Azərbaycan türklərinə türk dilində təhsil, Urmu gölünün canlandırılması və s. kimi çoxlu vədlər vermişdir. Hətta bu vədlərə görə, bir çox soydaşımızın səsini də qazandı, lakin seçkilərdə qalib gəlib və hökumət başına gəldikdən sonra azərbaycanlılara verilən vədlərin yerinə yetirilməsi uğrunda heç bir addım atmadı. Bu günə qədər nə türk dilində təhsil məsələsi öz həllini tapıb və nə də Urmu gölünə bir damla su əlavə olunub. Bu vəziyyətdə kürdlərə verilən sözün yerinə yetirilməsi olduqca düşündürücüdür!
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed