Şrift:
Rusiya "Türk axını" ilə bağlı Türkiyəyə təkliflərini göndərib
08.08.2015 [10:10] - Xəbərlər, Siyasət
Rusiya Energetika Nazirliyi "Türk axını" layihəsi üzrə hökumətlərarası sazişin iki variantını Türkiyəyə göndərib, təkliflər birinci xəttin və yaxud bütün dörd xəttin tikintisi ilə bağlıdır.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə nazirlikdəki mənbə bildirib.

"Türk axını" ilə bağlı təkliflərimizi göndərmişik. Təkliflərdən biri birinci xəttin tikintisi, digəri isə bütün dörd xəttin tikintisi ilə bağlıdır”, deyə mənbə bildirib.

Bununla belə, "Qazprom"-un nümayəndəsi şirkət tərəfindən "Türk axını"nın konfiqurasiyasının dəyişməsi barədə qərarın qəbul edildiyi, qaz kəmərinin yalnız bir və ya iki xətdən ibarət olacağı barədə məlumatları şərh etməkdən imtina edib.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed