Şrift:
Azərbaycan və İran Xəzərdə neft yatağını birgə tədqiq edəcək
21.08.2015 [10:09] - Gündəm, İqtisadiyyat
Azərbaycan və İran Xəzər dənizindəki neft yatağının birgə tədqiq edilməsi ilə bağlı danışıqlar aparır. Bunu müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, tərəflər bu məsələdə irəliləsələr də, danışıqlar hələ başa çatmayıb: “Danışıqlar davam edir. Artıq hansı yatağı birgə tədqiq edəcəyimiz məlumdur. Bu, çox böyük yataqdır. Lakin onun adı yalnız danışıqlar başa çatdıqdan sonra açıqlanacaq”.

Nazir qeyd edib ki, neft-qaz texnologiyaları sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial mövcuddur: “İran Azərbaycanda mütəxəssislərinin fəaliyyət göstərməsi və texnologiyalarının istifadə edilməsində maraqlıdır. Bu məsələ ilə bağlı danışıqlar aparılır. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq üçün böyük potensialımız var”.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed