Şrift:
Elmar Məmmədyarov ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb
26.09.2015 [09:48] - Gündəm, Siyasət
Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb. Bu barədə Xarici İçlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik də iştirak edib.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed