Şrift:
İsa Kəlantəri: -Urmu gölü quruyarsa əhali milyardlarla ton duzla qarşı-qarşıya qalacaq
09.10.2015 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu Gölü Canlandırma Mərkəzinin sədri gölün böhranı ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
İsa Kəlantəri Urmu Gölünü Canlandırma Mərkəzinin keçirdiyi iclasda bildirib ki, “ölkə hazırda fövqəl böhran vəziyyətindədir. Urmu gölü hövzəsində 70, Fars vilayətində 100, Kirman vilayətində 120 və Xorasan vilayətində 130 faizdən çox su mənbələrindən istifadə olunur. Bu o halda baş verir ki, su mənbələrindən 40 faizdən artıq istifadə etmək ölkəni böhran həddinə çatdırır.”

O sözlərinin davamında Urmu gölünün canlandırılmasının vacib olduğunu xüsusi vurğulayılb: “Urmiyə və Təbriz duz fırtınaları istiqamətində yerləşdiyinə görə Urmu gölünə xüsusi diqqət yetirilməlidir. Ekspertlər isə bildirir ki, Şərqi Azərbaycanın Əcəbşer şəhəri şirin suyun olmadığından 8 il sonra bir ölü şəhərə çevriləcək.”

İ.Kəlantəri gölün böhranı ilə bağlı növbəti dəfə ciddi xəbərdarlıq edib: “Urmu gölü quruyarsa 13 milyard ton duz təhlükəli xəstəliklərlə yanaşı əhalinin canına düşəcək. Əgər indi gölü canlandırmasaq, sonra onu əlavə milyardlar dollarla canlandırmaq mümkün olmayacaq.”
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed