Şrift:
Hökumətə 6 gün vaxt verildi
14.10.2015 [14:39] - Xəbərlər, Siyasət
Milli Məclis hökumətə büdcəyə edilən təklifləri nəzərdən keçirərək 2016-cı yekun büdcə zərfini hazırlamaq üçün 6 gün vaxt verib.

Deputat Siyavuş Novruzov həmkarlarına üz tutaraq təşviqat kampaniyası dövrü olduğu üçün müzakirələrin dayandırılmasını və hökumətə on gün vaxt verilərək oktyabr ayının 20-də bütövlükdə büdcə zərfinə səs verilməsini təklif edib.

Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib: “Bir çoxlarımız seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. OKtyabr ayının 20-də büdcə layihəsinə səs verək”.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed