Şrift:
Amerika: İranda dini azlıqlardan olanlar ayrı-seçkiliyə məruz qoyulur, müxtəlif ittihamlarla edam edilir
16.10.2015 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 14-də ABŞ Dövlət Departamenti dünyada dini azadlıqların durumu barədə 2015-ci ilə aid illik hesabat yayıb.
Hesabatın İranla bağlı bölümündə bildirilir ki, bu ölkədə dini azlıqlara qarşı təzyiqlər davam edir, vəziyyət getdikcə pisləşir: “İran İslam Respublikası hökuməti dini azlıqlardan olan vətəndaşları tutub həbsə salır, onları “Allaha qarşı müharibə aparmaq” və “İslama qarşı təbliğat aparmaq” adı və bəhanəsi ilə edam edir. İran hökuməti dini azlıqlara mənsub olan şəxslərin dövlət idarələrində işə götürülməsinin qarşısını alır, onlara qarşı ayrı-seçkilik siyasətini həyata keçirir.
İranın hökumət rəsmiləri, o cümlədən də ruhanilər tribuna arxasından şiə olmayan ölkə vətəndaşlarına, xüsusən də bəhailərə qarşı təhqir və təhdid dolu bəyanatlar səsləndirir, cəmiyyətin ictimai fikrini onların əleyhinə yönəltməyə çalışırlar. Ruhanilər həmçinin öz çıxışlarında sufi təriqətlərinə mənsub olan ölkə vətəndaşlarını açıq-aşkar qarğılayır, onların öz mərasimlərini keçirməsinə mane olmaqla yanaşı sufilərin hər hansı bir ictimai fəaliyyətinin qarşısını alır.
İran İslam Respublikası konstitusiyası ölkənin müsəlman vətəndaşlarına səbəst şəkildə istədikləri dini seçməsinə və ya öz dinini dəyişməsinə icazə vermir. Dinini dəyişənlər də ya ölüm cəzası ilə üz-üzə qalır, yaxud da həbsə salınırlar”.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed