Şrift:
MDB Dövlət Başçıları Şurasının iclasında 17 məsələ gündəmdədir
16.10.2015 [11:55] - Gündəm, Siyasət
Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası qısa tərkibdə öz işinə başlayıb.

"Belta"nın verdiyi məlumata görə, hazırda sammitdə yalnız Birliyin dövlət başçıları iştirak edirlər. Ardından iclas geniş tərkibdə davam etdiriləcək.

Sammitin gündəliyində 17 məsələ var. Onlar arasında beynəlxalq terrorçuluqla mübarizə, hərbi və sərhədyanı əməkdaşlığın möhkəmləndirilməsi və s. məsələlər yer alıb.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed