Şrift:
İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən iki şəxs saxlanılıb
17.10.2015 [11:05] - Gündəm, Hüquq
Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar.

Dövlət Gömrük Komitəsindən daxil olan məlumata görə, gömrükçülər İrandan piyada gələn Azərbaycan vətəndaşı Cavad Xəlilovun üzərində şəxsi yoxlama keçiriblər. Yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada, ümumi xalis çəkisi 170,807 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Daha bir narkotik maddə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Valeh Bayramovun üzərində aşkarlanıb. Belə ki, onun üzərində şəxsi yoxlama zamanı isə şalvarının cibində 8 ədəd həb şəklində, təsiredici maddəsinin xalis çəkisi 0,160 qram təşkil edən və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxil olan “Metadone-20” adlı dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed