Şrift:
Xoy şəhərinin Türkiyə ilə Razi-Kapıköy keçid məntəqəsi yenidən açılıb
23.10.2015 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin Türkiyə ilə “Razi-Kapıköy” keçid məntəqəsi iki aya yaxın bağlandıqdan sonra yenidən açılıb. Bu barədə Xoy fərmandarı Hüseyn Sivani Əsl məlumat verib.
Oktyabrın 21-də jurnalistlərə açıqlama verən Hüseyn Sivani Əsl deyib ki, İranla Türkiyə arasında üç böyük keçid nöqtəsindən biri sayılan “Razi-Kapıköy” keçid məntəqəsi qonşu ölkənin sərhədyanı zonasında yaşanan bir sıra təhlükəsizlik məsələləri ilə bağlı problemlər aradan qaldırıldıqdan sonra fəaliyyətini bərpa edib. O, iki ölkə arasında olan ikinci böyük keçid məntəqəsi sayılan “Sero-Esendere” keçid yolunun hələ də bağlı olduğunu bəyan edib.
Qeyd edək ki, son aylarda Türkiyənin İranla sərhəd zonalarında terrorçu PKK qüvvələrinin fəaliyyətinin gücləndirilməsi və onların İranın 10-dan çox yük maşınına və sərnişin avtobusuna silahlı hücumundan sonra iki ölkə arasındakı birgə keçid məntəqələri fəaliyyətini dayandırmışdı.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed