Şrift:
Azərbaycanlı millət vəkili: Xanım İbtikar Enerji nazirindən sonra Urmu gölünün qatilidir
29.10.2015 [15:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İran parlamentindəki millət vəkili ölkənin Ətraf-mühit Təşkilatının rəisi Xanım Məsumə İbtikarı kəskin şəkildə tənqid edib.
Nadir Qazipur “Fars” xəbər agentliyi ilə danışıqda Ətraf-Mühit Təşkilatının fəaliyyətlərindən danışarkən bildirib ki, xanım Məsumə İbtikarın Ətraf-Mühit Təşkilatındakı fəaliyyətlərinə baxanda görünür ki, Təşkilat rəisi rəsmi vəzifəsindən daha çox seçki təbliğatı ilə məşğuldur.

Ətraf-Mühit Təşkilatı əməkdaşlarının keçirdiyi etiraz aksiyasına toxunan millət vəkili bəyan edib ki, “Ətraf-Mühit Təşkilatının ekspertləri bu Təşkilatın rəisinin siyasi və seçki işləri ilə məşğul olduğunu və onların zəhmətinə dəyər vermədiyini görüncə, şübhəsiz ki, bu vəziyyətdən cana gəlib və öz etirazlarını kütləvi şəkildə çatdırırlar.”

N.Qazipur sözlərinin sonunda xanım İbtikarı, Enerji nazirindən sonra Urmu gölünün qatili adlandırıb və vurğulayıb ki, xanım İbtikar Ətraf-Mühit Təşkilatına sədrlik etdikdən sonra ölkənin cənub vilayətlərində nəin ki, toz fırtınaları azalmayıb, hətta biraz da artıb.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed