Şrift:
Milli Məclisdə Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi qaldırılıb
01.02.2012 [14:13] - Özəl xəbər
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

MDHP sədri Fərəc Quliyev və BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif ediblər: "Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir".
Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.
Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifinə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da müsbət yanaşıb. Onun sözlərinə görə, Milli Məclisin yaz sessiyasının işlər planına İranla bağlı müzakirələr daxil edilməlidir. Millət vəkili Azərbaycanın İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmasını da məqbul sayır: “Azərbaycan molla rejiminə qarşı sanksiyalarda iştirak etməlidir”.

Xatırladaq ki bu təklif 1991-ci ildə istiqlalçı deputat Fərəc Quliyev tərəfindən "Müstəqillik AKTI" qəbul olunarkən irəli sürülmüş və bu istiqamətdə ciddi iş aparmışdır. MDHP sədri bütün rəsmi görüşlərdə, yazışmalarda və vizit kartlarında özünü Şimali Azərbaycan Respublikasının Millət vəkili olaraq təqdim etmişdir.

MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEVİN həmin dövrdəki vizitkartı:

Milli Məclisdə Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi qaldırılıb
Bu xəbər oxucular tərəfindən 2315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed