Şrift:
Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul edib
01.02.2012 [16:32] - Gündəm
Bu gün Pakistan İslam Respublikasının Senatının Xarici Əlaqələr Komitəsində “Pakistan – Azərbaycan münasibətləri” mövzusunda dinləmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dinləmələrdən sonra Azərbaycan ərazilərinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul olunub. Qətnamədə bildirilir ki, Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir: “Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.

Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər.

Komitə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir”.
Bu xəbər oxucular tərəfindən 1724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed