Şrift:
Ərdoğan ilə Obama bazar günü görüşəcək
13.11.2015 [10:33] - Xəbərlər, Siyasət
Antalyada keçiriləcək G20 Sammiti çərçivəsində bazar günü ABŞ prezidenti Barak Obama Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Anadolu agentliyinin verdiyi xəbərə əsasən, Ağ Ev təmsilçisi Ben Rodes bildirib ki, Obama bazar günü Antalyaya gəldikdən sonra Ərdoğanla görüş keçirəcək. Görüş zamanı İD ("İslam Dövləti") ilə mübarizə və Suriyadaki vəziyyət müzakirə olunacaq.

Rodes həmçinin qeyd edib ki, bazar ertəsi Obama G20 Sammitinin açılış mərasimində iştirak edəcək, Avropa dövlətlərinin liderləri ilə görüşəcək. Görüş zamanı İD ("İslam Dövləti") ilə mübarizə və Ukraynada vəziyyət müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed