Şrift:
Fərəc Quliyev: -“Güney Azərbaycanda mübarizə aparan əksər təşkilatlar istiqlal xəttini qəbul ediblər”
16.11.2015 [12:31] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İrançılıq, federalçılıq artıq keçmiş mərhələ kimi qəbul olunur”

Güney Azərbaycanda baş verən son hadisələr əslində müsbət bir tendensiyanı ortaya qoydu. Epizodik bir hadisəyə belə millət geniş formada təpki göstərdi. Bu o deməkdir ki, Azərbaycan türkləri nəinki milli kimləklərini unutmayıblar, əksinə millət olaraq daha da formsalaşıblar. 200 il fars rejiminin basqısı altında qlamalarına rəğmən türklüklərin qoruyub saxlaıblar. Ana dilini ölməyə qoymayıblar. Bu da bir məsələni dəqiq və əminliklə söyləməyimizə yardlmçı olur. Güneyli soydaşlarımız heç bir zaman indiki vəziyyətlə barışmayacaqlar, Milli Hərəkatın əsas xətti olan istiqlal ideyasının reallaşacağı artıq heç kimdə şübhə oyatmır.

Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı komediya verilişində Azərbaycan türklləri təhqir olunub. Diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağının təsvir edilməsi fars rejiminin Azərbaycan türklərinə qarşı münasibətinin bariz nümunəsidir.

Bu hadisələr Azərbaycan türlklərinin poroblemlərinin hansı səviyyədə olduğunu deməyə əsas verir? Proseslər milli hərəkata necə təsir edəcək? Bu və digər suallara Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının (AMDHP) sədri, millət vəkili Fərəc Quliyev “Cumhuriyət” qəzetinə müsahibəsində aydınlıq gətirir...

-Güney Azərbaycanda türklərin İran televiziyasında təhqir olunması farsların təhqir tarixçəsinin kiçik bir hissəsidir. Yəni Azərbaycan xalqı ikiyə bölünəndən təhqir olunub. Şükürlər olsun ki, biz, Quzey Azərbaycanda dövlət qumuşuq. Artıq Azərbaycanın bir hissəsində bu təhqirdən yaxamız qurtarıb. Amma Güney Azərbaycanda millətimiz hələ də fars rejiminin basqısı altındadır. Millətimiz müxtəlif mərhələlərdə öz sözünü deyib. Azərbaycan bölünəndən sonra hətta 4 mərhələdə orada dövlət qurmaq şansı olub. Etirazlar bu mərhələyə qədər yüksəlib. Pişəvəri, Səttarxan, Xiyabani. Şəriət Mədari dönəmində millət öz sözünü deyib. Son hadisədən - millətimizin təhqir olunmasından sonra buna etiraz edən nümayiş iştirakçıları kiçik şüarlarla çıxış etmirdilər. Televiziyanın bağlanmasını yox, bütövlük prinsiplərini əks etdirən şüarlar səsələndirildi. “Azərbaycan var olsun. Istəməyən kor olsun” və ya “Azərbaycan milləti qəbul etmir bu rəzaləti”, “Haray-haray, mən türkəm” və digər şüarlar böyük anlam daşıyır. İstər Urmiya gölü, istərsə də bu məsələ ilə bağlı olan təpkilər Azərbaycan türkü tərəfindən özündə yalnız milli istiqlal məfkurəsini ehtiva edir. Onlar yaxşı bilirlər ki, problemin kökü birdəfəlik həll olunmayınca, bu problemlər xroniki xarakter alacaq. Yadınızdasdırsa, 2006-cı ilin may ayında Azərbaycan türkləri tarakana bənzədilmişdi. O zaman da etiraz dalğası çox güclü oldu və İran rejimi bütün gücü ilə etiraz dalğasını yatıra bilmirdi. İndi də bu formada təhqir meydana çıxıb. İran rejini qorxusundan televiziyanı cəzalandırdı. Amma bu problemin həlli deyil. Ona görə də, millətin seçimi doğrudur. Problemin kökü həll edilmməyincə, farsın türkə nifrəti özünü fərqli formalarda biruzə verəcək. Hesab edirəm ki, sonuc millətimiz üçün xeyirli olacaq. Kiçik şüarlarla meydana çıxmaq millətimizin məğlubiyyəti olardı. Oradakı hadisələr millətin hazırki ədalətsiz status-kvoya etirazıdır.

-Maraqlıdır ki, bu cür hadisələr İran rejiminə sərf etmir və bu rejimin saxta ideologiyasını dağıdır. Belə olan təqdirdə televiziyanın bu addımını bunu təsadüfi hesab etmək olarmı?

-Bilirsiniz, İran rejiminin maksimum ehtiyatla davranmasına baxmayaraq, içində Azərbaycan türkünə qarşı olan qərəzi, nifrəti gizlədə bilmir. Onlar üçün guya kiçik görünən epizodlarla təsir etməyə çalışırlar. Amma bir daha başa düşdülər ki, hətta bu formada davranışlar da ciddi təhlükəyə səbəb ola bilər. Çalışırlar ki, belə məqamda ümmətçilikdən istifadə etsinlər. Guya İranda belə hadisələri İaranın bütövlüyünə xələl gətirən və xarici qüvvələr tərəfindən hazırlanan hadisə kimi təqdim etsinlər. Tarakan olaylarında da İranın sabiq prezdenti Əhmədinejat bildirmişdi ki, “İran nüvə komponentlərini əldə etmək mərhələsndə olduğu üçün xarici dövlətlər azərbaycanlıların əli ilə qarışqılıq yaradırlar”. Tmam fəqli və həqiqətə uyğun olmayan bir məsələ ortaya atmışdı. Amma reallıqda nə o zaman, nə də indi Azərbaycan türkü heç kimin iradəsi ilə, yaxud qlobal şərtlər altında meydana çıxmayıb. Azərbaycan türkü özünün milli iradəsini ortaya qoyub. Bu gün də bir daha ona görə hayqırır ki, “baxın, biz, milli iradəmizi reallaşdırmayınca, onlar hər addımda bizi təhqir edəcəklər”. Bunun kökündə heç bir başqa dövlətin marağı və istəyi dayanmır. Azərbaycanın öz iradəsi dayanır. Təbii ki, İran rejimi istəməz ki, orada hər hansı bir etirazlar başlasın. Bunu da yatırmaq üçün müəyyən formalardan istifadə etməyə çalışıb. Urmiya gölü ilə bağlı etirazlar başlayanda yalan vədlər verdilər ki, guya problemin həlli üçün layihə hazırlanıb. Hətta BMT-dən də müəyyən qədər vəsait almağa nail olmuşdu. Sonra özlərinin Milli Məclislərində bu məsələ yenidən müzakirə olundu. Amma nə qədər problemi gizlətməyə, məsələni malalamağa, sabitlik yaratmağa çalışsalar da, orada köklü sabitlik yaranması Azərbaycan türkünün problemlərinin köklü şəkildə ədalətli formada həllindən keçir. Əks təqdirdə İran adlanan ölkədə fars rejiminin arzuladığı sabitlik olmayacaq.

-İçəridə davam edən milli hərəkatın bu günkü durumu hansı səviyyədədir və son proseslər hərəkata hansı formada təsir edə bilər?

-Əgər millət toparlanmasaydı və milli şüur yüksək səviyyədə inkişaf etməsətydi, hədəflər müəyyənləşməsəydi, güclər nəzərə alınmasaydı epizodik bir təhqirdən sonra bu cür möhtəşəm və mükəmməl bir şəkildə etiraz tədbirləri baş tutmazdı. Biz, bölünmüş vəziyyətdəyik və əlimizin onlara çatmamasından təəssüflənirik. Amma orada yaşayan soydaşlarımız kifayət qədər hazırlıqlıdırlar. Milli Azadlıq Hərəkatının güney hissəsində proseslər çox normaldır və hazırlıq ciddi şəkildədir. Hesab edirəm ki, bu formada inkişaf millətin tezliklə öz arzusuna çatması ilə nəticələnəcək.

-Dediniz ki, proseslər tezliklə millətimizin öz arzusuna çatmaıs ilə nəticələnəcək. Amma bilirsiniz ki, güneylə bağlı proseslərdə 3 əsas xətt var. İtranın bütövlüyü formasında türklərin haklimiyyətə gələrək bu dövləti idarə etməsi. Bundan başqa federalçılar və istiqlalçılar da var və sonuncu daha çox üstünlük təşkil edir. Amma fərqli xətlərin olmasının Güney Azərbaycan Milli Azadlıq Hərəkatına zərər verdiyi də bildirilir. Siz necə düşünürsünüz, millətimiz öz arzusuna bu xətlərin hansı ilə çata bilər və ya çatmalıdır?

-Bu 3 xətdən əlavə istiqamətlər də var. Amma hər halda son dönəmdə, daha çox son 5-6 ildə Azərbaycan türklərinin əksəriyyətinin müdafiə etdiyi xətt istiqlal ideyasıdır. Yəni Azərbaycanın müstəqilliyinin təmin olunmasıdır. İndiki mərhələdə Güney Azərbaycanın müstəqilliyini əldə etməsi və gələcəkdə Bütöv Azərbaycanın formalaşması Azərbaycan türkünün tarixi-coğrafi ərazisindəki ədalətli status-kvosudur. Güney Azərbaycanda mübarizə aparan əksər təkilatlar artıq istiqlal xəttini qəbul ediblər. İrançılıq, federalçılıq artıq keçmiş mərhələ kimi qəbul olunur.



Cavad
Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed