Şrift:
Azərbaycanda torpaqdan uzunmüddətli istifadə 15 ilədək azaldıla bilər
05.12.2015 [00:31] - Xəbərlər, Siyasət, Hüquq
Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişikliklərə baxılıb.

müzakirələrdə bildirilib ki, sənəd Məcəlləni təkmilləşdirmək məqsədilə işlənib. Sənədin 50-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur: “Torpaqdan istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli istifadə on beş ilədək müəyyən oluna bilər, uzunmüddətli istifadə isə xüsusi mülkiyyət olan torpaqlar üçün 99 il, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər”.

Sonda müzakirə edilən sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed