Şrift:
Dini ektremizmə yuvarlanan Milli Şura
13.12.2015 [11:17] - Gündəm, Siyasət
Elşən Manafov: “Milli Şura siyasi hakimiyyət uğrunda mübarizəni sivil dəyərdə, qanunverciliyin müəyyən etdiyi proseslər üzərində aparmır”


"Bu gün AXCP adına iddia edən Əli Kərimli və Milli Şura dini ektremizmə yuvarlanır”. Bu ifadələr Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında səsləndirilib.
Partiyanın bəyanatında Əli Kərimli və onun yaxın ətrafının dövlətçiliyimiz, Azərbaycan vətəndaşlarının sabitliyi üçün potensial təhlükə olması vurğulanır. Qeyd olunur ki, bu şəxslər AXCP-ni təmsil edə bilməzlər. Aydın olan budur ki, bu adamlar hakimiyyəti ələ keçirmək üçün istənilən cəhdə hazırdırlar və partiya missiyasından, AXCP dəyərlərindən, demokratiyanın təməl prinsiplərindən kənara çıxıblar: "Dünyada və ölkədə çox həssas proseslərin baş verdiyi bir zamanda, Əli Kərimlinin müavininin ölkə daxilində iğtişaşa, xaosa çağırış etməkdə ittiham olunması onu göstərir ki, bu insanların Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etməyə hüquqi haqları olmadıqları kimi mənəvi haqları da yoxdur. Çünki Fuad Qəhrəmanlının sosial şəbəkələrdəki bu çağırışları ölkədə xaos yaratmağa və iğtişaşlar törənməsinə hesablanmış addım idi. Fuad Qəhrəmanlı Əli Kərimlinin siyasi işlər üzrə müavinidir, bu, o deməkdir ki, Fuad Qəhrəmanlının mövqeyi əslində təmsil etdiyi qurumun və elə öz sədrinin mövqeyidir”.
Göründüyü kimi, bəyanat ciddi və əsaslı ittihamlar üzərində qurulub. Fuad Qəhrəmanlının ekstremist çağırışlar zəminində həbs edilməsi buna əyani sübutdur. Siyasi hakimiyyətə iddialı olan bir partiyanın ekstrmizmə bulaşması cəmiyyəti narahat etməyə bilməz. Cəmiyyətlə yanaşı artıq müxalif partiyalar da Milli Şuranı qınayır. Hətta bütövlükdə Milli Şuraya qarşı hüquqi müstəvidə addımların atılması gündəmə gəlir.
Milli Dirçəliş hərəkatı Partiyasının üzvü Elşən Manafov bildirir ki, əslində, bu gün Milli Şurada Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən başqa elektoral məkana bu və ya digər mənada təsiri olan partiyalar qalmayıb: "Amma bütövlükdə ölkənin elektoral məkana Milli Şuranın təsir imkanları hakim partiya ilə müqayisədə ölçüyəgəlməz dərəcədə azdır. Bu baxımda Milli Şuranın son vaxtlar xüsusən də Nardaran hadisələri fonunda sərgilədiyi mövqeyi çox təəssüf ki, İran rəsmilərinin mövqelərindən bir o qədər də uzağa getmir.
Əslində, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının həbs olunması göstərir ki, ilk baxışda Azərbaycanda liberal, demokratik dəyərlərlə hakimiyyət uğrunda mübarizə aparacağını bəyan edən AXCP və Milli Şura dini ekstremizmə yuvarlanıb. Nardaran hadisələrinin kökündə hansı amillərin durduğunu Milli Şura təmsilçiləri Cəmil Həsənli və Əli Kərimli bilməmiş deyillər. Nardaranda dövlət hakimiyyəti strukturlarının fəaliyyəti iflic vəziyyətə gətirilib. Bu mənada son bir neçə həftə ərzində Nardaranda həyata keçirilən əməliyyat Nardaranda yaşayan sakinlərin hüquq və azadlıqlarının dövlət tərəfindən təminatı istiqamətində atılan mühüm addımdır. Nardaranda dini ekstrmizmin kökünü kəsmək, Nardaranda uşaqların təhsil almaq hüququnu həyata keçirilməsi istiqamətində real addımlar atmaq və müvafiq şərait yaratmaq istiqamətində dövlət üzərinə götürdüyü missiyanı çox böyük uğurla həyata keçirtməkdədir.
Milli Şuranın ilk baxışdan inteqrasiya etmək istədiyi Avropa institutlarına onların mövqeyi ilə bağlı məlumat vermək kifayətdir ki, Avropa institutlarında Milli Şura ilə bağlı konkret təsəvvür yaransın. Çünki, ilk baxışda Azərbaycanda demokratiya, dünyəvi dövlətçilik uğrunda insan hüquqları və azadlıqları uğrunda mübarizə aparan siyasi təşkilatın Nardaran hadisələrini dəstəkləməsi və bu fonda təşkilatının təmsilçilərinin birinin həbs olunması Milli Şuranın hakimiyyət uğrunda mübarizədə qeyri-sivil dəyərlərə, qeyri-leqal üsullara müraciə etməsinin baris göstəricisidir. Fuad Qəhrəmanlının Nardaran əhalisinə müraciət edərək onları silahlanmağa çağırması, Azərbaycanın hüquq-mühafiə orqanlarına qarşı səfərbər olması haqqında çağırış etməsi hüquqi kontekstdə dövlət çevrilişinə çağırış kimi qiymətləndirilir. Hər bir halda Azərbaycan hakimiyyəti özünün insan hüquq və azadlıqları ilə bağlı olan məsələlərə humanist münasibətini, Avropa institutlarına inteqrasiya ilə bağlı mövqeyini bu günlərdə Leyla və Arif Yunusların azadlığa buraxılması ilə bir daha əyani şəkildə nümayiş etdirdi. Azərbaycan hakimiyyəti bir daha bəyan etdi ki, hətta hakimiyyət çevrilişi və ya Ermənistanın xüsusi xidmət orqanları ilə münasibət quran, vergidən yayınan və öz əməlində digər cinayətlərə yol vermiş siyasətçiyə qarşı belə humanzim mövqeyindən yanaşır.
Bütün hallarda isə o da məlum oldu ki, Milli Şura siyasi hakimiyyət uğrunda mübarizəni sivil dəyərdə, qanunverciliyin müəyyən etdiyi proseslər üzərində aparmır. Lazım gələndə hətta dini ekstremizmə yuvarlanır, regionda maraqlı olan müəyyən dövlətlər, ekstremist dairələrlə təmaslardan çəkinmir”.
Elşən Manafov onu da vurğuladı ki, digər müxalif partiyalar bu əməllərinə görə Milli Şura ilə əlaqələrini tam kəsəcəklər: "Ümumiyyətlə, Azərbaycanın dövlət müstəqilliyini bəyan etmiş Milli Şura ilə indiki Milli Şura arasında böyük fərqlər var. Böyük siyasi yükün altına girmək böyük məsuliyyət tələb edir. Ancaq bunu Milli Şuranın son iki illik fəaliyyətində görmədik.
Zamanında Milli Şuranın Rusiya iqtidarı ilə təmasda olması haqqında məlumatlar yayılırdı. Hətta Rusiya iqtidarının bəzi təmsilçiləri bunu inkar da etmirdilər. Amma Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda Milli Şuranın guya Türkiyə ilə münasibətlərə daha böyük önəm verməsi və Rusiya iqtdarına qarşı çıxması qəribə görünür. Hansı ki, Milli Şura Rusiya iqtidarının ortaya çıxarmaq istədiyi məlum layihə idi. Ən nəhayət Milil Şurada AXCP ilə təmsil olunan Müsavat Partiyası var idi. Bu gün isə onların münasibəti göz önündədir. Ancaq AXCP ilə Müsavatın münasibətləri göstərir ki, Milli Şura yaxın zamanlarda tam dağılacaq. İki il bundan əvvəlki elektoratı da itmək üzrədir”.


Mübariz BAYRAMOV
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed