15.12.2015 [10:08] - Gündəm, Siyasət
8-11 dekabr 2015-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) növbəti 49-cu plenar iclası keçirilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) verilən məlumata görə, QKDK sədri Rüfət Aslanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iclasda iştirak edib.
Plenar iclasın gündəliyinə uyğun olaraq pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə rejiminin (PY/TMM) təkmilləşdirilməsi üzrə Azərbaycan hökumətinin gördüyü işlər barədə könüllü tərəqqi hesabatı müzakirə edilib. Hesabatda MONEYVAL-ın 2014-cü ildə Azərbaycanda PY/TMM rejiminin effektivliyinin beynəlxalq standartlara uyğunluğunun IV raund qiymətləndirilməsi çərçivəsində ekspertlər tərəfindən təqdim edilmiş tövsiyələrin icra vəziyyəti əhatə olunub.
Müzakirə zamanı MONEYVAL-ın Katibliyi ölkəmizdə PY/TMM ilə bağlı hüquqi, institusional və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilmiş işləri təqdir edib və əldə olunmuş əhəmiyyətli inkişafı yüksək qiymətləndirib. Ermənistan nümayəndə heyətinin ciddi səylərinə baxmayaraq, plenar iclasda Azərbaycan hökumətinin hesabatı təsdiq edilib və 2017-ci ildən gec olmayaraq ölkəmizin cari hesabatlıq rejimindən çıxarılmasına dair qərar qəbul olunub.
Qlobal terror təhdidlərinin yeni forma və metodlarına qarşı mübarizə, xüsusilə terrorçuluğun kriminallaşdırılması və maliyyələşdirilməsinin qarşısının alınması məsələlərinin üstünlük təşkil etdiyi müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti ölkəmizin maraqlarına uyğun mövqeyini bildirib və ölkə rəhbərliyinin güclü siyasi iradəsi ilə alınmış qərarlar və həyata keçirilmiş əməli tədbirlər barədə iclas iştirakçılarına məlumat verib.
Plenar iclas zamanı, həmçinin MONEYVAL-ın idarəetmə orqanı olan Büroya seçkilər keçirilib.

Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |