Şrift:
25 ildən sonra İraqda Səudiyyə Ərəbistanının səfirliyi açılıb
02.01.2016 [10:12] - Gündəm, Siyasət
İraqın paytaxtı Bağdadda 25 ildən sonra Səudiyyə Ərəbistanının səfirliyi açılıb. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Krallığının İraqda yeni səfiri Tamer Əs-Səbhan "Əl-Ərəbiyyə" telekanalına bildirib ki, səfirliyin açılması terrorizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığı yaxşılaşdıracaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed