Şrift:
Azərbaycanda polis əməkdaşları ilə gənclər arasında insident baş verib, yeddi polis yaralanıb
10.02.2012 [14:28] - Hadisə
Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, bir qrup gənc sərxoş vəziyyətdə Bakı Metropoliteninin “Nizami” stansiyanın platformasında polis əməkdaşlarına söz ataraq sataşıblar. Stansiyadan çıxandan sonra isə polis əməkdaşları ilə həmin şəxslər arasında dava düşüb. Nəticədə 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədə təqsirləndirilən şəxslərdən 3-ü isə saxlanılıb. Saxlanılanların adları və polis əməkdaşlarının kimliyi açıqlanmır. Hazırda faktla bağlı araşdırma aparılır.

Yasamal Rayon Polis İdarəsi faktı təsdiqləyib, hadisə ilə bağlı araşdırma aparıldığını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed