Şrift:
Fərəc Quliyev Türkiyə səfirliyinə başsağlığı ünvanlayıb
18.02.2016 [13:18] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Türkiyənin paytaxtı Ankara şəhərində 17 fevral 2016-cı il tarixində törədilmiş qanlı terror hadisəsiylə bağlı qardaş ölkənin Azərbaycandakı səfirliyinə başsağlığı məktubu ünvanlayıb. Məktubda bildirilir:
“Azərbaycan və Türkiyə məhz Türk dövlətləri olduğundan həmişə terrordan əziyyət çəkiblər. Heç kimə sirr deyil ki, varlığımızdan narahat olanlar bizə qarşı ən iyrənc yollara əl atırlar. Bu baxımdan terroru dəstəkləyən və terrordan bəhrələnən dövlətlər və qüvvələrin davranışları həmişə tərəfimizdən hiddətlə qarşılanacaqdır.
17 fevral 2016-ci il tarixində qardaş Türkiyə Cümhurriyyətinin paytaxtı Ankara şəhərində baş vermiş qanlı terror hadisəsi də həmin məqsədlərin bir hissəsidir. Sonuncu bu qanlı terror da Türkiyə xalqıyla bərabər, bütün millətimizə qarşı olan bir cinayətdir. Bu qanlı olay bizi dərindən sarsıtdı. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından bu terrorda həlak olanların ailə üzvlərinə, Türkiyə xalqına və bütün Türk millətinə dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyirik.”

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed