Şrift:
Azərbaycan işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət barədə hesabat hazırlayıb
02.03.2016 [11:46] - Xəbərlər, Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət" adlı hesabat hazırlayıb.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib ki, martın 1-də təqdim edilən hesabatda qanunsuz iqtisadi fəaliyyət, işğal edilmiş ərazilərə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə və s. məsələlər əks olunub.

Onun sözlərinə görə, yeddi hissədən ibarət sənəddə Ermənistanın açıq resurslarından toplanmış məlumatlar əks olunub.
Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed